Xəzər Xəbər

Voronejdə PUA hücumu nəticəsində iki nəfər yaralanıb

Dünya | 09:40 • 24 Avqust 2024
Voronejdə PUA hücumu nəticəsində iki nəfər yaralanıb

Rusiyanın Voronej vilayətində pilotsuz uçuş aparatlarının (PUA) gecə hücumu nəticəsində iki nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev özünün "Telegram" kanalında məlumat verib. Ukraynaya məxsus PUA-ların hücumu nəticəsində yaralanan iki qadından biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, PUA-ların gecə hücumundan sonra vilayətin üç yaşayış məntəqəsinin ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024