Ermənistanda Qərbi Nil qızdırması virusuna 58 yoluxma halı qeydə alınıb.
Xezerxeber.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzinin direktoru Stepan Atoyan deyib.
Onun sözlərinə görə, hazırda 41 nəfər xəstəxanaya yerləşdirilib: “Onlardan 4-nün vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta-ağırdır. Hazırda vəziyyəti çox ağır olan xəstələr yoxdur”.