ABŞ-ın sabiq dövlət başçısı və qarşıdakı prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp potensial seçicilər arasında vitse-prezident və Demokratların mümkün namizədi Kamala Harrisi dörd faiz üstələyir.
Xezerxeber.az xəbər verir ki, bunu “Rasmussen Reports” sosiologiya kompaniyasının rəy sorğusu göstərib. Sorğunun nəticələrinə əsasən, amerikalı seçicilərin 49 faizi Trampa, 45 faizi isə Harrisə dəstəyini ifadə edib.
Həmçinin respondentlərin 3 faizi səsini başqa namizədə verəcəyini, daha 2 faizi isə seçimində hələ qərarsız olduğunu bildirib. Sorğu avqustun 8-14-də 1885 nəfər potensial seçici arasında aparılıb.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.