Xəzər Xəbər

Ukraynanın Kurskda Britaniya tanklarından istifadə etdiyi güman olunur

Dünya | 16:32 • 15 Avqust 2024
Ukraynanın Kurskda Britaniya tanklarından istifadə etdiyi güman olunur

Ukraynanın Rusiyanın Kursk ərazisinə müdaxiləsində Böyük Britaniyanın “Challenger 2” tanklarından istifadə etdiyi güman olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Britaniyanın “BBC”, “Sky News”, “The Independent” kimi aparıcı nəşrləri məlumat yayıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməsə də, bildirilib ki, Ukrayna özünümüdafiə üçün Britaniya tərəfindən bağışlanmış silahlardan istifadə etmək hüququna malikdir. Bu isə o deməkdir ki, Rusiyaya qarşı döyüş meydanında Britaniya tərəfindən təchiz edilmiş tank əleyhinə raketlər, artilleriya, zirehli maşınlar və digər silahlardan istifadə oluna bilər. Lakin Böyük Britaniyanın “Storm Shadow” uzaqmənzilli raketləri Ukrayna sərhədlərindən kənarda istifadə edilə bilməz və Rusiya daxilindəki hədəflərə bu raketlərdən atəş açmağa icazə verilmir.

Xəbər lenti

Çox oxunanlar