Xəzər Xəbər

NATO-nun Rumıniyadakı bazasının sahəsi dörd dəfə genişlənəcək

Dünya | 15:07 • 15 Avqust 2024
NATO-nun Rumıniyadakı bazasının sahəsi dörd dəfə genişlənəcək

NATO-nun Rumıniyadakı hərbi bazasının ərazisi modernləşdirmə işlərindən sonra dörd dəfə genişlənəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Rumıniya hərbçilərinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, bazanın böyüdülməsinə əlavə uçuş-enmə zolağı, həmçinin təyyarələrin hərəkəti və parklanması üçün geniş yer daxildir. Bundan əlavə, bazada anqarlar, anbarlar, yeni idarəetmə qülləsi tikiləcək, xəstəxana və məktəbləri olan “bütöv şəhər” salınacaq . NATO əsgərləri və onların ailələri bu şəhərcikdə daha uzun müddət yaşaya biləcəklər.

Qəzet yazır ki, Rumınıyadakı baza “Rusiya təhlükəsi” qarşısında alyansın şərq cinahında “ən strateji əhəmiyyətli obyektlərdən” birinə çevrilib. Oradan xüsusən Qara dənizə nəzarət edilir.

Mediada yayılan məlumatlara əsasən, bazada ailələri və yardımçı heyətlə birlikdə 10 min NATO əsgəri yerləşəcək. Tikintisinın 2040-cı ilə qədər tamamlanması gözlənilən bu kompleks NATO-nun Avropadakı ən böyük hərbi bazası ola bilər.

Xəbər lenti

Çox oxunanlar