Xəzər Xəbər

Paşinyan şagirdlərə Azərbaycanla sərhədlərin delimitasiyası barədə məlumat verib

Dünya | 14:00 • 15 Avqust 2024
Paşinyan şagirdlərə Azərbaycanla sərhədlərin delimitasiyası barədə məlumat verib

Ermənistanın baş naziri Nikol Paşinyan öz kabinetində orta məktəb şagirdləri ilə görüşüb. Hökumət başçısı məktəblilərə dövlət sərhədləri barədə məlumat verib, birinci sərhəd sütununun maketini göstərib.

Xezerxeber.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan həmçinin şagirdlərə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı məlumat verib.

“Sərhəd dövlətin mühüm simvoludur. Bu il Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Tavuş vilayətində aparılıb”, - deyə baş nazir bildirib.

Xəbər lenti

Çox oxunanlar