Xəzər Xəbər

Tramp seçici dəstəyinə görə Harrisi bir faiz qabaqlayır

Dünya | 12:04 • 15 Avqust 2024
Tramp seçici dəstəyinə görə Harrisi bir faiz qabaqlayır

ABŞ-nin sabiq prezidenti Donald Tramp seçki yarışında amerikalı seçicilər arasında dəstək baxımından vitse-prezident Kamala Harrisi cəmi bir faiz qabaqlayır.

Xezerxeber.az xəbər verir ki, bunu “Fox News” telekanalının keçirdiyi rəy sorğusu göstərib.

Sorğunun nəticələrinə görə, seçicilərin 50 faizi Trampa, 49 faizi isə Harrisə səs verəcəyini bildirib. Eyni zamanda, respondentlərin əksəriyyəti hər iki namizədi bəyənmir: respondentlərin 53 faizi Tramp, 51 faizi Harris haqqında mənfi fikirdədir. Seçicilərin əksəriyyəti iqtisadiyyatı (38 faiz), miqrasiyanı (14 faiz) və abortları (14 faiz) namizədlərin qarşısında duran əsas problemlər kimi görür. Respondentlərin yalnız 4 faizi xarici siyasət məsələlərini prioritet hesab edir.

Sorğu avqustun 9-dan 12-dək aparılıb və qeydiyyatdan keçmiş 1000-dən çox amerikalı seçicinin iştirakı ilə keçirilib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Xəbər lenti