Xəzər Xəbər

Ağ ev İsrail və HƏMAS-ı atəşkəs danışıqlarına qayıtmağa çağırıb

Dünya | 09:26 • 15 Avqust 2024
Ağ ev İsrail və HƏMAS-ı atəşkəs danışıqlarına qayıtmağa çağırıb

Ağ ev İsrail və HƏMAS-ı bu həftə Qəzzada keçiriləcək sülh danışıqlarında iştirak etməyə çağırıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ağ evin mətbuat katibi Karin Jan Pyer mətbuat konfransında deyib. O bildirib ki, danışıqlar bərpa edilməlidir və atəşkəs regiondakı gərginliyin yumuşaldılması üçün ən yaxşı yoldur.

“Biz tam şəkildə irəli getməyi düşünürük. Avqustun 15-də tərəflər danışıqlar masasına qayıdacaq. Bütün tərəflər geri qayıtmalı və razılaşmanı yekunlaşdırmalıdır”,- deyə Ağ evin mətbuat katibi əlavə edib.

Xəbər lenti

Çox oxunanlar