Xəzər Xəbər

Fransada iki qırıcı təyyarə toqquşub

Dünya | 17:29 • 14 Avqust 2024
Fransada iki qırıcı təyyarə toqquşub

Fransa Hərbi Hava qüvvələrinin iki "Rafale" qırıcı təyyarəsi ölkənin şərqində qəzaya uğrayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Est Republica” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, göyərtədə üç nəfər olub. Hazırda jandarm və yanğın-xilasetmə xidməti axtarış-xilasetmə əməliyyatı aparır. Pilotlardan birinin katapult olunduğu və sağ tapıldığı bildirilir. O, yaralansa da, huşunu itirməyib.

Qalan ekipaj üzvlərinin axtarışları davam edir. Qəzanın səbəbi hələlik aydınlaşmayıb.

Xəbər lenti

Çox oxunanlar