Xəzər Xəbər

BMT-yə Qəzzanın yenidən qurulması layihəsi təqdim ediləcək

Dünya | 16:30 • 14 Avqust 2024
BMT-yə Qəzzanın yenidən qurulması layihəsi təqdim ediləcək

İtaliya Qəzzanın yenidən qurulması ilə bağlı BMT-yə layihə təqdim edəcək.

Xezerxeber.az xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

Nazir İtaliya hökumətinin G7-yə sədrliyi çərçivəsində sentyabr ayında BMT-yə Qəzzaya humanitar sahədə dəstəyin artırılması, həm də onun siyasi və iqtisadi cəhətdən yenidən qurulması layihəsini təqdim edəcəyini bildirib.

XİN rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar Fələstinin təhlükəsizlik qüvvələrinin hazırlığı üçün İtaliya tərəfindən dəstək istəyib.

“İtaliya Qəzza zolağı və İordan çayının qərb sahilini birləşdirən Fələstin dövlətinin yaradılması üzərində işləmək üçün kontingent göndərməyə hazırdır”, - deyə Antonio Tayani əlavə edib.

Xəbər lenti