Xəzər Xəbər

Türkiyəyə səfər edənlərdən barmaq izləri götürüləcək

Dünya | 11:10 • 14 Avqust 2024
Türkiyəyə səfər edənlərdən barmaq izləri götürüləcək

Türkiyə ölkəyə daxil olan şəxslərdən barmaq izlərinin götürülməsi layihəsini həyata keçirməyə hazırlaşır.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya istinadla məlumat yayıb.

“Daxili işlər naziri gələcək üçün vacib layihəni də açıqlayıb və bildirib ki, Türkiyəyə daxil olarkən, ABŞ və Böyük Britaniyada olduğu kimi barmaq izləri götürüləcək”, - deyə nəşr yazır.

Nazir həmçinin qeyd edib ki, müvəqqəti qoruma statusu alanların, xüsusən də suriyalıların şəxsiyyət vəsiqələri çiplənəcək. Onun sözlərinə görə, bu vəsiqələri saxtalaşdırmaq mümkün olmayacaq.

Xəbər lenti