Xəzər Xəbər

Təl-Əvivə iki raket atılıb

Dünya | 17:58 • 13 Avqust 2024
Təl-Əvivə iki raket atılıb

Son bir neçə ayda ilk dəfə olaraq Qəzzanın cənubundan Təl-Əvivə iki ədəd raket atılıb.

Xezerxeber.az-ın "The Jerusalem Post"a istinadən məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, raketlərdən biri Qəzzanın ərazisinə, ikincisi isə İsrailin mərkəzi hissəsinə düşüb.

HƏMAS-ın mətbuat xidmətindən verilən açıqlamada bu addımın Fələstin xalqına qarşı törədilən çoxsaylı qətllərə cavab olaraq atıldığı qeyd edilib.

Xəbər lenti

Çox oxunanlar