Xəzər Xəbər

Ankara və Astana arasında hərbi əməkdaşlığa dair yeni saziş hazırlanır

Dünya | 16:34 • 13 Avqust 2024
Ankara və Astana arasında hərbi əməkdaşlığa dair yeni saziş hazırlanır

Ankara ilə Astana arasında hərbi texnikanın və şəxsi heyətin hər iki ölkənin hava məkanından tranzitinə dair saziş layihəsi Qazaxıstan ictimaiyyətinə təqdim olunub.

Xezerxeber.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, sazişin müddəalarına görə, tərəflərdən biri öz hərbi texnikasının və şəxsi heyətinin tranzitinin bu sənədə uyğun gəlmədiyi barədə qərar qəbul edərsə, o, tranzit üçün hər hansı icazədən imtina etmək hüququnu özündə saxlayır.

Qeyd olunur ki, tərəflər bu sənəd çərçivəsində alınan və ya verilən məlumatların mühafizəsini təmin edirlər.

“Məlumat verən tərəfin əvvəlcədən yazılı razılığı olmadan həmin məlumat açıqlana və ya üçüncü şəxsə verilə bilməz”, -deyə sənəddə qeyd olunur.

Xəbər lenti