Xəzər Xəbər

İrəvan aeroportunda Braziliya vətəndaşı ölüb

Dünya | 15:34 • 13 Avqust 2024
İrəvan aeroportunda Braziliya vətəndaşı ölüb

İrəvanın “Zvartnots” hava limanında Braziliya vətəndaşı ölüb.

Xezerxeber.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, 30 yaşlı Lukas Araujolimanın gömrük əməkdaşları ilə mübahisə nəticəsində kəskin ürək çatışmazlığından öldüyü açıqlanıb.

İlkin ehtimalla Ermənistan gömrükçüləri onu əlində olan kimyəvi mayeni içməyə məcbur ediblər. 

Braziliya vətəndaşının səhhəti məhz bundan sonra pisləşib.

O da qeyd edilir ki, saxlanılarkən o gömrük əməkdaşlarına həmin mayenin şərab olduğunu bildirib.

“Hraparak“ qəzetinin iddiasına görə, sözü gedən maye əslində narkotik maddə olub.

Bildirilib ki, 30 yaşlı braziliyalı xəstəxanaya çatdırılsa da, yolda keçinib.

Ermənistanın İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. 

Xəbər lenti