Xəzər Xəbər

Kursk istiqamətindəki döyüşlərə koordinator təyin edilib

Dünya | 13:38 • 13 Avqust 2024
Kursk istiqamətindəki döyüşlərə koordinator təyin edilib

Rusiya prezidentinin köməkçisi, Rusiya Dövlət Şurasının katibi, general-polkovnik Aleksey Dyumin Kursk istiqamətində Ukrayna qüvvələri ilə döyüşən "Şimal" qruplaşmasının koordinatoru təyin edilib.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qərar verib.

Bildirilib ki, A. Dyumin artıq Kurska ezam olunaraq, vəzifəsinin icrasına başlayıb.

Bununla yanaşı, Kremlə yaxın mənbələr general-polkovnikin regiondakı hərbi birləşmələrə bilavasitə rəhbərlik etməyəcəyi, sadəcə nəzarət funksiyasını yerinə yetirəcəyi açıqlanıb.

Ehtimal olunur ki, qərarın verilməsinə bölgədəki gərgin vəziyyət səbəb olub. Başqa bir iddiaya görə isə, Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı ordu birləşmələrinin komandanı qismindəki səlahiyyətləri əlindən alınıb.

Xəbər lenti

Çox oxunanlar