Xəzər Xəbər

Türkiyədə kibercasusluqla məşğul olan 11 nəfər həbs edilib

Dünya | 12:42 • 13 Avqust 2024
Türkiyədə kibercasusluqla məşğul olan 11 nəfər həbs edilib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Jandarma Qüvvələri komandanlığı və Milli Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (USOM) mütəxəssisləri ilə birlikdə kibercasusluqla məşğul olan şəxslərin müəyyən edilməsi üzrə birgə əməliyyat keçirib.

Xezerxeber.az xəbər verir ki, əməliyyat çərçivəsində dünyanın müxtəlif ölkələrinin minlərlə sakininin şəxsi məlumatlarının sonradan ayrı-ayrı qurumlara, o cümlədən terror təşkilatlarına satmaq məqsədi ilə qanunsuz toplanması ilə məşğul olan 11 nəfər saxlanılıb.

Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, cinayət qrupları üçün xüsusi əhəmiyyət kəsb edən məlumatlar hakerlərin cinayətkar şəbəkəsinin əlinə keçib.

MİT əməkdaşları uzun müddətdir kibercasusluq qrupuna daxil olan şəxslərin fəaliyyətini izləyir. Nəticədə onların hamısı saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib və həmin şəxslərin açdıqları bir sıra internet resurslarına giriş bağlanılıb.

Türkiyənin xüsusi xidmət orqanlarının nümayəndələri ölkə hüdudlarından kənarda da daxil olmaqla, kibercinayətkarlıqla daha fəal mübarizə aparmaq əzmində olduqlarını vurğulayıblar.

Xəbər lenti

Çox oxunanlar