Xəzər Xəbər

Britaniya Ukraynanın "Storm Shadow"u Kurskda istifadəsinə icazə verməyib

Dünya | 11:27 • 13 Avqust 2024
Britaniya Ukraynanın "Storm Shadow"u Kurskda istifadəsinə icazə verməyib

Böyük Britaniya Ukraynaya Kursk bölgəsinə hücum çərçivəsində "Storm Shadow" raketlərindən istifadə etməyə icazə verməyib.

Xezerxeber.az xəbər verir ki, bunu "The Telegraph" yazıb.

"Heç bir dəyişiklik baş verməyib", - hökumətdəki mənbə nəşrə deyib.

Jurnalistlər qeyd ediblər ki, “Storm Shadow” raketlərinin istifadəsi ilə bağlı mövqe təkcə Britaniya hökumətindən asılı deyil, çünki raketlər Fransa ilə birgə istehsal olunur, bu isə şərtlərdə Parisin də söz sahibi olması deməkdir.

Xəbər lenti