Xəzər Xəbər

Türkiyədə insanlara hücum edən gənc törətdiyi cinayəti videoya çəkib

Dünya | 09:17 • 13 Avqust 2024
Türkiyədə insanlara hücum edən gənc törətdiyi cinayəti videoya çəkib

Kəsici alətlə insanlara hücum edərək beş nəfəri yaralayan şübhəli barəsində Türkiyənin Eskişehir Respublika Prokurorluğu tərəfindən istintaq işi başladılıb. İstintaq ciddi araşdırma əsasında ətraflı şəkildə aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç bildirib.

Eskişehirdə bir çay bağçasında oturan həmvətənlərinə kəsici alətlərlə hücum edən bu şəxs cinayət anını videoya çəkib. Görüntülərdə onun qarşısına çıxan hər kəsə xəsarət yetirdiyi görünür. Hadisənin törədildiyi an cinayətkarın üzündə maska, əynində qoruyucu jilet, başında isə xüsusi kaska olub.

Onun sosial media hesablarında insanlara qarşı nifrət və cinayət xarakterli yazıları, eləcə terror planlarının əks olunduğu paylaşımlar etdiyi aşkarlanıb.

Xatırladaq ki, Türkiyədə 18 yaşlı gənc oğlan oynadığı döyüş oyunlarının təsiri ilə həmyerlilərinə hücum edib. Hadisə zamanı beş nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Xəbər lenti

Çox oxunanlar