Xəzər Xəbər

Britaniyanın Baş naziri Məsud Pezeşkian ilə telefon danışığı aparıb

Dünya | 09:02 • 13 Avqust 2024
Britaniyanın Baş naziri Məsud Pezeşkian ilə telefon danışığı aparıb

Böyük Britaniyanın Baş naziri Kir Starmer Yaxın Şərqdə gərginliyi azaltmaq üçün beynəlxalq səylər çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Britaniya baş nazirliyinin ofisi məlumat yayıb. Bildirilib ki, telefon danışığı 30 dəqiqə çəkib. Kir Starmer İranı İsrailə hücum etməkdən çəkinməyə çağırıb və əlavə edib ki, müharibə heç kimin xeyrinə deyil. Baş nazir regiondakı vəziyyətdən dərindən narahat olduğunu bildirib və bütün tərəfləri gərginliyi azaltmağa, gələcək regional qarşıdurmadan qaçmağa çağırıb.

Qeyd edək ki, bu zəng son üç ildə Böyük Britaniyanın Baş naziri ilə İran Prezidenti arasında baş tutan ilk zəngdir. Bundan öncə isə 2021-ci ilin mart ayında Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson İranın keçmiş Prezidenti Həsən Ruhani ilə telefon danışığı aparmışdı.

Xəbər lenti