Avqustun 12-də Ermənistanın Qeqarkuniks rayonunun Eranos kəndində baş vermiş zəlzələ dağıntılara səbəb olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yerli sakinlərə istinadla xəbər yayıb.
Bildirilir ki, zəlzələ nəticəsində təkcə köhnə tikililər deyil, yeni inşa olunmuş bəzi binaların divarları uçub, bəzilərində isə çatlar əmələ gəlib.
Hazırda hökumət komissiyası ərazidə vəziyyəti öyrənir, qiymətləndirmə aparılır.
Qeyd edək ki, avqustun 12-də gecə saatlarında Ermənistanda 4,2 bal gücündə zəlzələ baş verib. Episentrdə zəlzələnin gücü 6 bal olub.
Bildirilir ki, yeraltı təkanlar Qeqarkuniks rayonunda 5 bal, Kotayk rayonu ərazisində 4 bal, İrəvanda isə 2-3 bal gücündə qeydə alınıb.
Əhali arasında daha güclü zəlzələnin baş verəcəyi barədə məlumat yayılıb. Lakin mütəxəssislər daha güclü zəlzələnin baş verməsi ehtimalının az olduğunu bildirirlər.