Xəzər Xəbər

Rusiya Belqorodun Ukrayna ilə sərhəd rayonundan əhalini təxliyə edir

Dünya | 11:23 • 12 Avqust 2024
Rusiya Belqorodun Ukrayna ilə sərhəd rayonundan əhalini təxliyə edir

Bu gündən etibarən Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə sərhəd Krasnoyarujsk rayonundan əhalinin təxliyəsinə başlanılıb.

Xezerxeber.az-ın “Interfax”a istinadən xəbərinə görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Merin sözlərinə görə, əraziyə bu məqsədlə kifayət qədər canlı qüvvə, eləcə də nəqliyyat vasitəsi cəlb olunub.

O deyib ki, qərar Ukrayna ordusunun sözü gedən bölgəyə yaxın ərazidə aktivliyinin artması səbəbindən qəbul edilib. 

Xəbər lenti

Çox oxunanlar