Xəzər Xəbər

Borel Aİ-ni İsrailin milli təhlükəsizlik nazirinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Dünya | 09:22 • 12 Avqust 2024
Borel Aİ-ni İsrailin milli təhlükəsizlik nazirinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Xezerxeber.az xəbər verir ki, Borel bu barədə özünün “X” səhifəsində yazıb.

"Bütün dünya Qəzzada atəşkəsə nail olmağa çalışarkən, nazir Ben-Qvir dinc əhalinin su və enerjisini kəsməyə çağırır. Bu, müharibə cinayətinə çağırışdır. Sanksiyalar Aİ-nin gündəmində olmalıdır", - deyə diplomat bildirib. 
Qeyd edək ki, bu, Avropa diplomatlarının İsrail rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmək üçün ilk çağırışıdır.

Mart ayında Aİ fələstinlilərə hücum edən israilli köçkünlərə məhdudiyyətlər qoyub. Hazırda Aİ-nin İsraillə bağlı qara siyahısında 17 şəxs və 3 təşkilat var.

Ben-Qvir ifrat sağçı Otzma Yehudit (Yəhudi Gücü) partiyasına rəhbərlik edir.

Xəbər lenti

Çox oxunanlar