Xəzər Xəbər

Türkiyə teleqrama girişi bloklaya bilər

Dünya | 09:15 • 12 Avqust 2024
Türkiyə teleqrama girişi bloklaya bilər

Türkiyə rəsmiləri teleqramdan narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə bağlı videoların yayılması üçün istifadəyə görə onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Takvim” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Türkiyə Texnologiya və Rabitə Şurası teleqramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə mindən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.

Qeyd edək ki, Türkiyədə 8 milyona yaxın teleqram istifadəçisi var.

Xəbər lenti

Çox oxunanlar