Xəzər Xəbər

Ukrayna Sərhəd Xidməti: Belarusla sərhəd nəzarət altındadır

Dünya | 15:28 • 11 Avqust 2024
Ukrayna Sərhəd Xidməti: Belarusla sərhəd nəzarət altındadır

Ukrayna və Belarus sərhədində vəziyyət nəzarət altındadır. Sərhədçilər texnikanın və ya qoşunların Ukrayna sərhədinə doğru hərəkətini qeydə almırlar.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko telemarafonda çıxışı zamanı məlumat verib.

“Birbaşa sərhəd boyu vəziyyət dəyişməzdir, o, tamamilə nəzarət altındadır”, - deyə Demçenko bildirib.

Demçenko vurğulayıb ki, hazırda sərhədçilər Ukrayna sərhədi yaxınlığında Belarus qoşunlarının texnikası və şəxsi heyətinin hərəkətini qeydə almır.

“Ola bilsin ki, Belarus bəzi bölmələri Ukrayna ilə sərhəddə yerləşdirəcək, lakin hazırda sərhədimizə yaxın əlavə qüvvələr qeydə alınmayıb”, - deyə spiker bildirib.

Qeyd edək ki, Belarus Müdafiə Nazirliyinin teleqram səhifəsində Belarusun Ukrayna ilə sərhəd ərazilərə əlavə ağır hərbi texnikalar yerləşdirilməsinə dair məlumat yayılıb.

Xəbər lenti

Çox oxunanlar