Xəzər Xəbər

Türkiyə ordusu İraqın şimalında ən azı beş yeni dayaq məntəqəsi yaratmağa hazırlaşır

Dünya | 14:11 • 11 Avqust 2024
Türkiyə ordusu İraqın şimalında ən azı beş yeni dayaq məntəqəsi yaratmağa hazırlaşır

Türkiyə ordusu İraqın şimalında Pençe-Kilit antiterror əməliyyatı zonasında ən azı beş yeni dayaq məntəqəsi yaratmağa hazırlaşır.

Xezerxeber.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Türkiyə hərbçilərinin İraqın Təpə Bahar bölgəsində “PKK terrorçularına qarşı mübarizənin effektivliyini artıracaq” yeni dislokasiya məntəqələrindən istifadə edilməsi planlaşdırılır. Ərazinin minalardan təmizlənməsi üzrə işlər artıq aparılıb.

Türkiyə hərbçilərinin məlumatına görə, terrorçular Miska kəndini xüsusilə çoxlu sayda minalayıblar, bu da istehkamçılar tərəfindən ərazinin təmizlənməsi üçün birgə səylər tələb edib.

Bəzi yaşayış məntəqələrində silah və döyüş sursatı olan anbarlar aşkar olunub. Aşkar edilmiş minalar və sursatlar məhv edilib.

Türkiyə Milli Müdafiə Nazirliyi bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar