Xəzər Xəbər

Kiyev vilayətinə raket hücumu edilib, ölənlər və xəsarət alanlar var FOTO

Dünya | 11:44 • 11 Avqust 2024
Kiyev vilayətinə raket hücumu edilib, ölənlər və xəsarət alanlar var

Rusiya Federasiyasının Kiyev vilayətinin Brovarı rayonunda gecə raket hücumu zamanı raket qalıqları şəxsi yaşayış binalarının üzərinə düşüb. Bir kişi və bir uşaq ölüb. Belə ki, 35 yaşlı kişi və onun 4 yaşlı oğlu binanın dağıntıları altında qalıb. Təəssüf ki, axtarış-xilasetmə əməliyyatları zamanı onların cəsədi aşkar edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Hücum nəticəsində 3 nəfər ağır yaralanıb.

Qeyd edək ki, avqustun 11-nə keçən gecə Rusiya ballistik raketlər və hücum pilotsuz təyyarələri qrupları ilə Ukraynaya hücum edib.

Partlayışlar Kiyevdə, Poltava icmasında, Xmelnitski vilayətində və hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət göstərdiyi Kiyev vilayətinin Bila Tserkv bölgəsində baş verib.

Avqustun 10-da axşam saatlarında Sumıda partlayış baş verib. Zaporojye vilayətində Rusiyanın raket zərbəsi nəticəsində bir mülki şəxs həlak olub.

Xəbər lenti

Çox oxunanlar