Xəzər Xəbər

Türkiyədə “Instagram”a giriş bərpa olunub

Dünya | 09:30 • 11 Avqust 2024
Türkiyədə “Instagram”a giriş bərpa olunub

Türkiyə ərazisində avqustun 2-dən etibarən qüvvədə olan “Instagram” sosial şəbəkəsinə giriş qadağası aradan qaldırılıb.

Xezerxeber.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu sosial şəbəkə hesabından açıqlama yayıb.

“Instagram”la bağlı qadağanın 10 avqust, saat 21:30-dan etibarən ləğv olunduğunu bildirən Uraloğlu qeyd edib ki, sosial şəbəkə nümayəndələri ilə aparılan danışıqlar zamanı Türkiyə qanunvericiliyinə hörmətlə yanaşmanın vacibliyi vurğulanıb. Nazir bildirib ki, “Instagram” rəsmiləri Türkiyə hökümətinin tələblərini yerinə yetirəcəklərinə dair söz verdikdən sonra qadağa ləğv edilib.

Xəbər lenti