Xəzər Xəbər

Qəzzada ölən fələstinlilərin sayı 40 minə yaxınlaşır

Dünya | 17:51 • 10 Avqust 2024
Qəzzada ölən fələstinlilərin sayı 40 minə yaxınlaşır

Qəzzada ölən fələstinlilərin sayı 40 minə yaxınlaşır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 2023-cü ilin oktyabr ayından bu yana Qəzza zolağında İsrail qüvvələri tərəfindən öldürülən fələstinlilərin sayı 39 790 nəfərdir. 
“Münaqişələr zamanı 92 002 nəfər isə yaralanıb”, - məlumatda vurğulanıb.

Həmçinin son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində İsrail qüvvələrinin atəşi və hava hücumları nəticəsində 40 nəfər fələstinlinin öldüyü, 140-nın isə yaralandığı əlavə olunub.

Xəbər lenti

Çox oxunanlar