Xəzər Xəbər

Qara dənizdə Rusiyaya məxsus qaz qurğusu vurulub, 40-a yaxın heyət üzvü ölüb

Dünya | 17:11 • 10 Avqust 2024
Qara dənizdə Rusiyaya məxsus qaz qurğusu vurulub, 40-a yaxın heyət üzvü ölüb

Ötən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birlikdə Qara dənizdə Rusiyanın qaz qurğusuna hücum edib.

Xezerxeber.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk zərbənin internetdə yayılan videosunu şərh edərkən bildirib.  
O qeyd edib ki, Rusiya bu yerdən mülki gəmiçiliyə təhlükə yaratmaq məqsədilə GPS saxtakarlığı edirmiş.

Hücum nəticəsində 40-a yaxın heyət üzvünün məhv edildiyi vurğulanıb.

Xəbər lenti