Xəzər Xəbər

Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib

Dünya | 09:57 • 10 Avqust 2024
Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib

Serbiya prezidenti Aleksandar Vuçiç Rusiyanın ölkədə Qərb dövlətlərinin nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşlarla bağlı ölkə rəhbərliyinə xəbərdarlıq etdiyini bildirib.

Xezerxeber.az xəbər verir ki, Vuçiç bunu jurnalistlərin Qərbin dövlət çevrilişi etmək məqsədilə respublika ərazisində aksiyalar hazırlaması ilə bağlı sualını cavablandırarkən deyib.

"Bu gün biz Rusiya Federasiyasından rəsmi məlumat aldıq. Məlumat rəsmi kanallar vasitəsilə daxil olub, biz onunla məşğul oluruq. Bu məsələdən Təhlükəsizlik və İnformasiya Agentliyi, həmçinin bu sahədə ixtisaslaşan şəxslər cavabdehdir. Serbiya hökumətində və bütün başqa yerlərdə onlar öz işlərini görürlər”, - deyə Vuçiç vurğulayıb.

 
O, daha sonra sözlərinə belə davam edib: "Zorla nəyəsə nail olacaqlarını xəyal edənlər heç nəyə nail olmayacaqlar. Serbiya yorulmadan irəliləyir və bunu dayandıra bilməzlər, dayandırmayacaqlar. Bu mənim hamıya mesajımdır və insanlarımızın narahatlığına əsas yoxdur.”

Qeyd edək ki, “Vecernje Novosti” qəzeti Serbiyada qərbyönümlü müxalifət nümayəndələrinin avqustun 10-da Belqradda planlaşdırılan etiraz aksiyalarından istifadə edərək prezident sarayını ələ keçirmək, dövlət başçısını sıradan çıxarmaq və Ukrayna ssenarisini işə salmaq üçün istifadə etməyə hazır olduqları haqda məlumat dərc edib.a

Xəbər lenti

Çox oxunanlar