Xəzər Xəbər

Suriyanın şimal-şərqindəki ABŞ hərbi aerodromu PUA-larla vurulub

Dünya | 10:44 • 10 Avqust 2024
Suriyanın şimal-şərqindəki ABŞ hərbi aerodromu PUA-larla vurulub

Suriyada yerləşən ABŞ hərbi qüvvələrinin aviabazasına pilotsuz təyyarə ilə hücum edilib.

Xezerxeber.az xəbər verir ki, “əl-Məyədin” telekanalının verdiyi məlumata görə, Harrab əl-Cairdəki hərbi obyektdə bir neçə partlayış baş verib və yanğın başlayıb. 

ABŞ hərbçiləri arasında itki olub-olmadığı ilə bağlı isə hələlik heç bir məlumat yoxdur. Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” qruplaşması öz üzərinə götürüb.

Qruplaşma əməliyyatları ABŞ-nin dəstəklədiyi İsrail rejiminin fələstinlilərə qarşı təcavüzünə cavab olaraq həyata keçirdiklərini bildiriblər.

Xəbər lenti

Çox oxunanlar