Avqustun 9-da səhər saatlarında Ankarada baş verən ağır yol qəzasında azı 10 nəfərin həlak olduğu, 25 sərnişinin xəstəxanaya çatdırıldığı bildirilir.
Xezerxeber.az xəbər verir ki, Ankara-Eskişehir marşrutu üzrə hərəkət edən avtobus yerli vaxtla saat 05:00-da Polatlı rayonunda yerüstü piyada keçidinin sütunlarına çırpılıb.
Ankara valisi Vasip Şahin 10 sərnişinin həlak olması xəbərini təsdiq edib. O deyib: “ Yolda əyləcə basılması izləri yoxdur. Görünür, sürücü sükan arxasında yuxulayıb. Qəzanın dəqiq səbəbini istintaq müəyyən edəcək”.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç insidentin araşdırılması ilə bağlı prokurorluq orqanına göstəriş verib.