Xəzər Xəbər

Rusiyanın Lipetsk vilayətinə kütləvi PUA hücumu olub

Dünya | 08:41 • 9 Avqust 2024
Rusiyanın Lipetsk vilayətinə kütləvi PUA hücumu olub

Rusiyanın Lipetsk vilayəti Ukrayna tərəfindən kütləvi PUA hücumuna məruz qalıb.

Xezerxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müxtəlif ərazilərdə partlayışlar baş verib, hərbi aerodromda yanğın olub.

Bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi bildirilir.

Məlumata görə Lipetsk vilayətində pilotsuz təyyarələrin hücumu zamanı 6 nəfər yaralanıb.

Qubernator İqor Artamonov enerji infrastrukturunun zədələndiyini bildirib. 
Bundan başqa, Lipetsk vilayətinin dörd yaşayış məntəqəsinin sakinlərinin təxliyəsinə başlanılıb, müvəqqəti yerləşdirmə mərkəzləri və nəqliyyat vasitələri hazırlanır.

400-dən çox ev təxliyə zonasındadır. Sakinləri təxliyə edilmiş yaşayış məntəqələrində evlərin və əmlakın qorunması üçün postlar qurulur.

Giriş-çıxışlarda nəzarət buraxılış məntəqələri yaradılıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Vilayətin ərazisində qırmızı həyəcan səviyyəsi ləğv olunana qədər zəruri hallar olmadan işçilərin işə cəlb edilməsi də qadağan edilib. 

Xəbər lenti