Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin hər iki palatasının nümayəndələri ilə görüşüb.
Xezerxeber.az xəbər verir ki, görüşdə Ukraynanın müdafiəsinə daha effektiv dəstəyin göstərilməsinə dair müzakirə aparılıb.
V. Zelenski deyib ki, ölkəsi regionda ədalətli sülhün təminatı istiqamətində səyləri davam etdirir.
Qeyd edək ki, tərəflər Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təchizatı, eləcə də Rusiyanın bu müharibəni uzatmaq istiqamətindəki addımlar ətrafında da fikirlərini bölüşüblər.