Banqladeşdə etiraz aksiyaları və iğtişaşlar nəticəsində ölənlərin sayı 560 nəfərə çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Prothom Alo” informasiya portalı məlumat yayıb.
Dünən axşam saatlarına olan məlumata görə, Baş nazir Şeyx Hasinanın istefasından sonrakı üç gün ərzində 232 nəfərin öldüyü məlum olub. Bundan əvvəl - iyulun 16-dan avqustun 4-dək isə toqquşmalarda təxminən 328 nəfər həlak olmuşdu.
Qeyd edək ki, Banqladeşdə kütləvi etirazlar iyulun əvvəlində başlayıb. Əvvəlcə dinc xarakterli aksiyalar sonradan iğtişaşlara çevrilib. Tələbə hərəkatının təkidi ilə Baş nazir Şeyx Hasina istefa verib. Parlament buraxılıb və müvəqqəti hökumət formalaşdırılıb.