Xəzər Xəbər

HƏMAS liderlərindən biri öldürülüb

Dünya | 10:26 • 8 Avqust 2024
HƏMAS liderlərindən biri öldürülüb

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli üzvlərindən birini öldürüb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti Yəhudeya və Samariyada terror aktları törətmiş HƏMAS üzvünü Qəzza zolağında məhv edib.

İyulun 24-də Qəzza zolağında İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı zamanı HƏMAS lideri Nael Səhlin fəaliyyət göstərdiyi əraziyə zərbə endirilib və bir neçə gün sonra onun öldürülməsi ilə bağlı kəşfiyyat məlumatı alınıb”, - açıqlamada bildirlib.

Xəbər lenti

Çox oxunanlar