Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın Rusiya Federasiyasının Kursk vilayətinə hücumu nəticəsində bir feldşer və təcili yardım sürücüsü həlak olub, bir həkim isə yaralanıb.
Xezerxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dron hücumu nəticəsində 28 nəfər xəsarət alıb.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə qüvvələri Kursk vilayəti üzərində 4 təyyarə tipli PUA-nı məhv edib.