İsrailin xarici işlər naziri İsrael Katz Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvarı mümkün qədər tez sıradan çıxarmağa və rəzil təşkilatı yer üzündən silməyə çağırıb.
Xezerxeber.az xəbər verir ki, Katz bu barədə öz sosai şəbəkə hesabından çağırış edib.
Qeyd edək ki, hərəkat İranda öldürülən İsmayıl Haniyənin yerinə Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun yeni rəhbəri vəzifəsinə Yəhya Sinvarın seçildiyini bildirmişdi.