Rusiyanın Müdafiə Nazirliyinin Əşya Təminatı Xidmətinin keçmiş rəisi, “Tekstilnaya Torqovaya Kompaniya” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktor müavini Vladimir Demçik saxlanılıb.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
O bildirib ki, 235-ci Qarnizon Hərbi Məhkəməsi onun barəsində külli-miqdarda rüşvət alma maddəsilə həbs-qətimkan tədbiri seçib. İstintaq materiallarına görə, V. Demçik ümumilikdə 4 milyon rubl məbləğində vəsaiti rüşvət qismində əldə edib.
Məlumata görə, onun rəhbəri olduğu şirkət “Çaykovskiy Tekstil” Şirkətlər Qrupuna daxildir.