Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə Ukrayna münaqişəsini həll etməyə başlayacaq.
Xezerxeber.az xəbər verir ki, sabiq dövlət başçısı bu barədə tanınmış jurnalist Edin Rossa müsahibəsində deyib.
“Seçkilərdə qalib gələcəyim təqdirdə, ilk işim Vladimir Putin və Volodimir Zelenski ilə əlaqə saxlamaq olacaq. Mən onların hər ikisini yaxşı tanıyıram və onlarla Ukrayna münaqişəsini həll etməyə nail olacağam, - deyə Donald Tramp bildirib.
Ağ Evin sabiq rəhbəri iyunun 27-də keçirilən seçki debatları zamanı 2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasiminədək münaqişənin həllinə nail olacağına vəd verib. Onun sözlərinə görə, Moskva ABŞ prezidentinə hörmət etsəydi heç vaxt Ukraynaya hücum etməzdi.