Dünya yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzədir.
Xezerxeber.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ın Xirosimaya atom bombası atmasının 79-cu ildönümü münasibətilə müraciətində qeyd edib.
“Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix dərsliklərinin səhifələrində deyil, bu cür gündəlik ritorika beynəlxalq münasibətlərdəki vəziyyət fonunda yenidən özünü büruzə verir”, - deyən Quterreş bunun indi dünyanın üzləşdiyi real təhlükə olduğunu vurğulayıb.
BMT-nin Baş katibi əmin olduğunu bildirib ki, nüvə silahı təhlükəsini aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir. “Nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç bir halda başlanmamalıdır”, - deyə o vurğulayıb.