Ermənistan Türkiyə ilə sərhəddəki "Marqara-Alican" nəzarət-buraxılış məntəqəsinin bu ölkəyə aid hissəsində təmir və təchizat işlərini başa çatdırıb.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə məlumat Ermənistanın mətbuatında yer alıb.
Bildirilib ki, iki ölkənin hökumət rəsmiləri arasında əldə olunan razılaşmaya uyğun olaraq, məntəqə üçüncü ölkələrin diplomatik pasportlarına malik vətəndaşlarına xidmət göstərilməsi üçün hazır vəziyyətə gətirilib.
Məlumata əsasən, rəsmi İrəvan hazırda analoji prosesin Türkiyə tərəfinin də həyata keçirməsini gözləyir.
Qeyd edək ki, Türkiyə və Ermənistan rəsmiləri arasında keçirilən 5-ci görüşdə sözü gedən məntəqənin texniki imkanlarının qiymətləndirilməsi və “Akyaka-Axurik” dəmir yolunun üzərindəki sərhəd-keçid məntəqəsinin işə salınması ilə bağlı razılaşma əldə edilib.