Xəzər Xəbər

İtaliya vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Dünya | 09:39 • 5 Avqust 2024
İtaliya vətəndaşlarını Livanı tərk etməyə çağırıb

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Xezerxeber.az xəbər verir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Yaxın Şərqdə baş verən son hadisələr və artan təhlükəsizlik böhranı ilə əlaqədar olaraq Livandakı İtaliya vətəndaşlarını ən qısa zamanda bu ölkəni tərk etməyə çağırıb.

“Livanda müvəqqəti yaşayan İtaliya vətəndaşlarını ölkənin cənubuna getməməyi və mümkün qədər tez İtaliyaya qayıtmağı, eləcə də italiyalı turistlərə Livana səyahət etməməyi tövsiyə edirik”, - deyə o bildirib.

Xəbər lenti

Çox oxunanlar