Xəzər Xəbər

Tramp: Harrisin IQ səviyyəsi aşağıdır

Dünya | 15:27 • 4 Avqust 2024
Tramp: Harrisin IQ səviyyəsi aşağıdır

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp demokratların namizədi, Vitse-prezident Kamala Harrisin IQ səviyyəsi çox aşağı olduğunu bəyan edib.

Xezerxeber.az-ın xəbərinə görə, Donald Tramp bu barədə “Truth Social”da paylaşım edib. 

Sabiq prezident hesab edir ki, Kamala Harris IQ səviyyəsi çox aşağı olduğuna görə digər ölkələrin liderləri ilə rəqabət apara bilməz: "ABŞ-nin hakimiyyətdə bu cür insanlarla yenidən şansı yoxdur. Co Bayden kimi o da iki cümləni birləşdirə bilməz”.
 

Xəbər lenti