Xəzər Xəbər

Britaniya XİN ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Dünya | 14:44 • 4 Avqust 2024
Britaniya XİN ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Britaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İsraillə müharibə təhlükəsi fonunda istənilən reys üzrə Livanı tərk etməyə çağırıb.

Xezerxeber.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamada britaniyalıların Livandan potensial çıxış yollarının artıq məhdud və ya bağlı ola biləcəyi qeyd edilib. Bildirilib ki, vətəndaşlar hələ də mövcud olan hər hansı kommersiya uçuşlarından istifadə edərək ölkdən çıxmalıdırlar.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi gərginliyin yüksək olduğunu və vəziyyətin sürətlə pisləşə biləcəyini deyib.

Qeyd edək ki, ABŞ, İtaliya, Kanada, Almaniya hökumətləri də öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Xəbər lenti