Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşərək məsləhətləşmələr aparıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“Nazir müavinimiz Nuh Yılmaz Rusiya Federasiyası Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb. Müvafiq qurumların nümayəndələrinin də iştirak etdikləri görüşdə Suriya mövzusunda məsləhətləşmələr aparılıb”, – XİN-in sosial şəbəkə hesabında qeyd olunub.
Tərəflər arasında görüş paytaxt Ankarada baş tutub.