ABŞ-ın vitse-prezidenti Kamala Harrisin (Demokratlar Partiya) seçki qərargahı iyul ayında sabiq prezident Donald Trampın (Respublikaçılar Partiyası) seçki qərargahından iki dəfə çox ianə toplayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Axios portalı hər iki qərargaha istinadla məlumat yayıb.
Bildirilir ki, Kamala Harrisin komandasının ötən ay 310 milyon dollar, Trampın komandasının hesabına isə təxminən 138 milyon dollar daxil olub. Toplanan vəsaitin üçdə ikisi Harris üçün ilk dəfə ianə edənlərdən gəlib.
Bununla belə, son sosioloji rəy sorğusunun nəticələrinə görə, Donald Tramp amerikalı seçicilər arasında dəstək səviyyəsinə görə, rəqibi Kamala Harrisi 5 faiz bəndi qabaqlayır.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub.