ABŞ-la Rusiya arasında “Soyuq müharibə”dən bu yana ən böyük məhbus mübadiləsi həyata keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, Rusiya həbsxanalarında saxlanılan 3 ABŞ vətəndaşı ölkəsinə göndərilib.
Onların arasında “Wall Street Journal”ın reportyoru Yevan Qerşkoviç də var. Ağ evin açıqlamasına əsasən mübadilə Rusiya və digər ölkələr arasında kompleks danışıqlar əsasında baş tutub.
Mübadilənin koordinasiyasını Türkiyə həyata keçirib. Ümumilikdə 24 məhbus azad edilib. Rusiya ABŞ, Almaniya, Norveç, Sloveniya və Polşada saxlanılan məhbusların geri qaytarılması qarşılığında bu ölkələrin vətəndaşları olan 16 məhbusu azadlığa buraxıb.