Xəzər Xəbər

İtaliyada hər üç evdən birində yaşayış yoxdur

Dünya | 09:39 • 2 Avqust 2024
İtaliyada hər üç evdən birində yaşayış yoxdur

İtaliyada demək olar ki, hər üç evdən birində yaşayış yoxdur.

Bu barədə İtaliya Milli Statistika İnstitutu məlumat yayıb.

Bildirilir ki, fərdi yaşayış evlərinin sayının on il ərzində 6,4 faiz artmasına baxmayaraq, hər üç evdən biri (27,2 faiz) boşdur. Boş evlər əsasən adalarda və ölkənin cənubundadır.

Ölkə ərazisində köhnə evlər çoxluq təşkil edir. Onların 56,3 faizi 1961-2000-ci illər arasında tikilib, 9,5 faizinin isə yaşı yüz ildən çoxdur. Liquriya, Toskana və Piedmont regionları köhnə evlərin çoxluq təşkil etdiyi regionlardır.

Məlumata görə, Lombardiya regionu ən yüksək yaşayış sıxlığına malikdir. Hər kvadratkilometrə 234 nəfər düşür, ölkə üzrə orta göstərici isə 116 nəfərdir. (AZƏRTAC)

Xəbər lenti