Yaxın Şərqdə genişmiqyaslı müharibə riski qalmaqdadır.
Xezerxeber.az xəbər verir ki, bu fikri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ evdə keçirdiyi brifinqdə deyib.
“Biz bütün diqqətimizi Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa yönəltmişik. Risk həmişə olub və bu gün də qalmaqdadır. Həqiqətən indi intensiv səylər göstərməliyik. Diplomatiya yolu ilə eskalasiyanın, daha böyük müharibənin qarşısını almaq üçün bunu etməyə davam edəcəyik", - deyə Sallivan bildirib.